Tramp: "Twitter" hesabım olmasaydı, prezident seçkilərində qalib gələ bilməzdim"

Tramp: "Twitter" hesabım olmasaydı, prezident seçkilərində qalib gələ bilməzdim" "Facebook", "Twitter" və "Instagram"dakı hesablarım nəhəng platformadır"
Digər ölkələr
22 Oktyabr , 2017 09:45
Tramp: Twitter hesabım olmasaydı, prezident seçkilərində qalib gələ bilməzdim

Bakı. 22 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp özünün sosial şəbəkələrdən daim istifadə etməsini müdafiə edib. 

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə o, “Fox Business Network”a müsahibəsində deyib.

Tramp "Twitter" hesabının olmayacağı təqdirdə prezident seçkilərində qalib gələ bilməyəcəyini etiraf edib. “Twitter"də yazmaq sanki çap maşını kimi bir şeydir. Mən nəyisə yazan kimi, dərhal siz bunu öz şounuza yerləşdirirsiniz. Əgər sosial medialar olmasaydı, burada olacağıma şübhə edirəm“, - deyə o bildirib.

Ağ Ev rəhbəri "Facebook", "Twitter" və "Instagram"dakı hesablarını nəhəng platforma adlandırıb. 

Son xəbərlər

Orphus sistemi