Amerika lideri Donald Tramp Şimali Koreya ərazisinə keçib.
"Report" xəbər verir ki, o bunu Şimali və Cənubi Koreya dövlətləri arasında yerləşən Pxanmuncom sərhəd məntəqəsində KXDR lideri Kim Çen Inla görüş zamanı edib.
ABŞ Prezidenti şimali koreyalı həmkarı ilə bir neçə dəqiqəlik sərhəd xəttinin KXDR tərəfinə keçib və bununla da Şimali Koreya ərazisinə ayaq basan ilk ABŞ Prezidenti olub.
Daha sonra iki ölkə lideri Cənubi Koreya tərəfində yerləşən Azadlıq evində görüş keçiriblər.