Tramp Şimali Koreya ilə böyük müharibənin baş verə biləcəyini bildirib

Tramp Şimali Koreya ilə böyük müharibənin baş verə biləcəyini bildirib "Biz məsələləri diplomatik yolla həll etmək istəyirik, lakin bu çox çətindir"
Digər ölkələr
28 Aprel , 2017 05:56
Tramp Şimali Koreya ilə böyük müharibənin baş verə biləcəyini bildirib

Bakı. 28 aprel. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp hesab edir ki, Şimali Koreya ilə münasibətlərdə müşahidə olunan hazırkı gərginlik böyük silahlı münaqişəyə çevrilə bilər.

"Report" xəbər verir ki, bunu o, "Reuters"ə bildirib.

"Ehtimal var ki, biz sonda Şimali Koreya ilə böyük, olduqca böyük münaqişəyə gedib çıxaq. Bu, şübhəsizdir", — deyə o əlavə edib.

Prezident böhranı sülh yolu ilə həll etməyə kökləndiyini bildirib.

"Biz məsələləri diplomatik yolla həll etmək istəyirik, lakin bu çox çətindir", — deyə Amerika lideri qeyd edib.

Bundan əvvəl Şimali Koreya Ağ evin şərti olaraq raketlərlə məhv edilməsi ilə bağlı təbliğat videosu yayıb.

Son xəbərlər

Orphus sistemi