Yuxarı

CNN: Tramp Pompeonu milli təhlükəsizlik üzrə müşavir təyin edə bilər

​Tramp Pompeonu milli təhlükəsizlik üzrə müşavir təyin edə bilər

ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə müşaviri vəzifəsinə hazırda ölkənin dövlət katibi olan Mayk Pompeonu təyin edə bilər.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd olunub ki, bu zaman Pompeo hər iki vəzifəni icra edəcək. Mənbənin sözlərinə görə, Tramp administrasiyanın digər əməkdaşları ilə bu imkanı müzakirə edir.

Sonucu dəfə bu cür hal təxminən 50 il bundan öncə baş vermişdi. 1973-cü ildə Henri Kissincer prezidentin yanında milli təhlükəsizlik məsələləri üzrə müşavir olsa da ABŞ-ın Dövlət katibi vəzifəsini icra etməyə başlayır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi