Yuxarı

Tramp: “Növbəti həftə ABŞ üçün ağır olacaq”

​Tramp: “Növbəti həftə ABŞ üçün ağır olacaq”

1044

“Birləşmiş Ştatlarda növbəti həftə ağır olacaq, ancaq koronavirusun yayılması ilə bağlı vəziyyət tədricən yaxşılaşmağa başlayacaq”.

“Report” TASS-a istinadən xəbər verir ki, belə qiymətləndirmə ilə ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlər üçün keçirdiyi brifinqdə çıxış edib.

"Və mən ümid edirəm ki, növbəti həftə ərzində - bu, çox vaxt aparmayacaq - vəziyyət əks tərəfə inkişaf etməyə başlayacaq", - dövlət başçısı əminliyini ifadə edib.

"Hətta bu ağrılı həftə zamanı biz ümid hissinin inandırıcı işıltılarını müşahidə edirik. Bu həftə çox ağır olacaq. Növbəti həftə, ən azı növbəti həftənin bir hissəsi və ehtimal ki, bütün həftə ağır olacaq. Bilirsiniz, əgər bir insan ölürsə, onda bu ağrılı həftədir", - Tramp əlavə edib.

Qeyd edək ki, Birləşmiş Ştatlarda pandemiya qurbanlarının sayı 12 min 21 nəfər təşkil edir. Ölkədə koronavirusa təsdiq edilmiş yoluxma hallarının 383 min nəfərə çatıb, virusa yoluxmuş 20 min xəstə sağalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi