Yuxarı

Tramp MKİ rəhbəri ilə onun Türkiyəyə səfərini müzakirə edib

Bakı. 26 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Cina Haspellə görüşərək onun Türkiyəyə səfərini müzakirə edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

O, qeyd edib ki, MKİ rəhbəri Ağ Ev başçısını səfərinin nəticələri barədə məlumatlandırıb.

"Prezident bu səhər direktor Haspellə görüşüb və onun Türkiyəyə səfərini müzakirə edib. Cina Haspel öz araşdırmaları və aparılan danışıqlar barədə prezidentə məlumat verib" – deyə Ağ Evin mətbuat katibi adından yayılan məlumatda qeyd edilir.

Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçının qətli ilə bağlı oktyabrın 23-də Türkiyədə səfərdə olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi