Tramp: "Məndə koronavirus əlaməti yoxdur"

Tramp: "Məndə koronavirus əlaməti yoxdur" ABŞ prezidenti Donald Tramp jurnalistlərə bildirib ki, onda koronavirus əlaməti yoxdur və buna görə də analiz verməyə ehtiyac görmür.
Digər ölkələr
11 Mart , 2020 06:40
Tramp: Məndə koronavirus əlaməti yoxdur

ABŞ prezidenti Donald Tramp jurnalistlərə bildirib ki, onda koronavirus əlaməti yoxdur və buna görə də analiz verməyə ehtiyac görmür.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

"Mən düşünmürəm ki, bu (koronavirus testi-red) əhəmiyyətlidir, amma bunu edə bilərəm. Bunun üçün səbəblər görmürəm, özümü yaxşı hiss edirəm”, - Ağ Ev rəhbəri jurnalistlərin bununla bağlı sualına cavabında deyib.

“Mən Ağ Evin həkimi ilə danışdım, heyrətamiz insandır, o, bunda məna görmür. Heç bir əlamət, heç nə", - Ağ Ev rəhbəri əlavə edib.

"Siz bu barədə (Tramp xəstəliyə yoluxacağı təqdirdə -red) bilən birinci olacaqsınız. Və ola bilər, siz bu barədə mənə danışacaqsınız”, - prezident deyib. 

Son xəbərlər

Orphus sistemi