ABŞ prezidenti Donald Tramp bildirib ki, şərtlərinin yerinə yetiriləcəyi təqdirdə Koreya Xalq Demokratik Respublikasına qarşı sanksiyaları 3 il ərzində ləğv etməyə hazırdır.
"Report" xəbər verir ki, bu barədə Ağ Evdəki mənbələrə istinadən "Time" bildirib.
Mənbələrin sözlərinə görə, əgər Koreya Xalq Demokratik Respublikası "Yonben"dəki nüvə obyektini ləğv etsə və uranı zənginləşdirməsə, Tramp Şimali Koreya lideri Kim Çen Ina parça və kömür təklif edə bilər.
Qeyd edilir ki, yaxın vaxtlarda ABŞ və Koreya Xalq Demokratik Respublikasının rəsmi şəxsləri arasında danışıqlar planlaşdırılıb və raketlərin sınağı buna təsir etməyəcək.