ABŞ və KXDR liderləri arasında görüş başlayıb - CANLI YAYIM - YENİLƏNİB-2

ABŞ və KXDR liderləri arasında görüş başlayıb - CANLI YAYIM - YENİLƏNİB-2 Pxanmuncom sərhəd məntəqəsində ABŞ və Şimali Koreya liderləri Donald Tramp və Kim Çen In arasında keçirilən görüş başa çatıb.
Digər ölkələr
30 İyun , 2019 11:57
ABŞ və KXDR liderləri arasında görüş başlayıb - CANLI YAYIM - YENİLƏNİB-2

Pxanmuncom sərhəd məntəqəsində ABŞ və Şimali Koreya liderləri Donald Tramp və Kim Çen In arasında keçirilən görüş başa çatıb.

"Report" xəbər verir ki, Kim Çen In Trampla danışıqlardan sonra KXDR-ə geri qayıdıb.


***10:48

Pxanmuncom danışıq məntəqəsində ABŞ və Şimali Koreya liderləri Donald Tramp və Kim Çen In arasında görüş başlayıb.

"Report" CNN-ə istinadən xəbər verir ki, iki ölkə lideri hərbsizləşdirilmiş zonada bir-biri ilə əl sıxıb.

Ardınca Tramp və Kim Çen In hərbsizləşdirilmiş zonanın Şimali Koreya tərəfinə keçiblər və Tramp KXDR sərhədini keçən ilk Amerika prezidenti olub.

O, bunu özü üçün şərəf adlandırıb. Daha sonra onlar danışıqlar aparmaq üçün birlikdə Cənubi Koreya tərəfə keçiblər.

Donald Tramp hərbsizləşdirilmiş zonaya səfərinin bir neçə ay əvvəlcədən planlaşdırıldığını deyib:

"Bu səfər bir neçə ay əvvəldən planlaşdırılıb. Biz G20 sammitini tərk etdik və mən sizin prezident və dostum Mun Çje İnə hərbsizləşdirimiş zonaya gedəcəyimə söz verdim".

Amerika prezidenti bildirib ki, o, iyunun 29-da KXDR liderinə zəng etmək və bir-birini salamlamaq istəyib-istəmədiyini soruşmaq qərarına gəlib.

"Odur ki, o, əvvəlcədən bu barədə məlumatlı olmayıb", — deyə Tramp bildirib.


***09:52

ABŞ Prezidenti Donald Tramp Koreya yarımadasında hərbsizləşdirilmiş zonaya gedib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o burada Şimali Koreya lideri Kim Çen Inla görüşəcək.

Trampı Cənubi Koreya prezidenti Mun Çje İn müşayiət edir.

Tramp və Mun Çje İn hərbsizləşdirilmiş zonadakı müşahidə məntəqəsindən KXDR-in mövqelərinə baxış keçirib.

Son xəbərlər

Orphus sistemi