Tramp Kim Çen Ina görüş təklif edib

Tramp Kim Çen Ina görüş təklif edib ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşmək arzusunda olduğunu bildirib.
Digər ölkələr
29 İyun , 2019 04:49
Tramp Kim Çen Ina görüş təklif edib

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşmək arzusunda olduğunu bildirib.

"Report" xəbər verir ki, siyasətçi bu barədə öz "Twitter" səhifəsində yazıb.

Amerika liderinin sözlərinə görə, Çin sədri Si Szinpinlə görüşdən sonra o, Cənubi Koreyaya yollanacaq və orada prezident Mun Çje İnla görüşəcək.

"Mən orada olanda, əgər KXDR sədri lazım bilərsə, onunla sərhəddə görüşəcəyəm", — deyə Tramp yazıb.

O, demilitarizasiya edilmiş zonada Şimali Koreya lideri ilə görüşərək hal-əhval tutmaq və əl sıxmağa hazır olduğunu əlavə edib.

Son xəbərlər

Orphus sistemi