Yuxarı

Tramp kibertəhlükələrə görə Rusiya əleyhinə sanksiyaların müddətini uzatdı

​Tramp kibertəhlükələrə görə sanksiyaların müddətini uzatdı

1251

ABŞ prezidenti Donald Tramp

ABŞ prezidenti Donald Tramp 2015-ci ildən qüvvədə olan, Birləşmiş Ştatlar üçün kibertəhlükələrə cavab olaraq bir sıra məhdudiyyətlərin tətbiqini nəzərdə tutan və ölkədəki seçkilərə müdaxiləyə görə Rusiyaya qarşı sanksiyaların yer aldığı fərmanın qüvvədə olma müddətini uzadıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

"Bu mövcud pisniyyətli kibernetika hərəkətləri Birləşmiş Ştatların milli təhlükəsizlik, xarici siyasət və iqtisadiyyatı üçün qeyri-adi və fövqəladə təhlükə törətməkdə davam edir", - prezidentin imzaladığı bildirişdə deyilir.

ABŞ-ın ünvanına kibertəhlükələra görə sanksiyaların tətbiqi haqqında fərmanı prezident Barak Obama 2015-ci ilin 1 aprelində imzalayıb. Sənədin ilk variantında Rusiyanın adı hallanmayıb.

Lakin 2016-cı ilin 28 dekabrında bu sənədin inkişafına daha bir fərman imzalanıb. Həmin əlavədə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının, eləcə də bu ölkənin bir sıra başqa təşkilatların və onların rəsmilərinin adları qeyd edilib. Amerika hakimiyyətinin fikrincə, ABŞ-a kiberhücumlara görə onlar məsuliyyət daşıyırlar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi