Tramp kibertəhlükələrə görə Rusiya əleyhinə sanksiyaların müddətini uzatdı

Tramp kibertəhlükələrə görə Rusiya əleyhinə sanksiyaların müddətini uzatdı ABŞ prezidenti Donald Tramp 2015-ci ildən qüvvədə olan, Birləşmiş Ştatlar üçün kibertəhlükələrə cavab olaraq bir sıra məhdudiyyətlərin tətbiqini nəzərdə tutan və ölkədəki seçkilərə müdaxiləyə görə Rusiyaya qarşı sanksiyaların yer aldığı fərmanın qüvvədə olma müddətini uzadıb.
Digər ölkələr
1254
31 Mart , 2020 02:18
Tramp kibertəhlükələrə görə Rusiya əleyhinə sanksiyaların müddətini uzatdı

ABŞ prezidenti Donald Tramp 2015-ci ildən qüvvədə olan, Birləşmiş Ştatlar üçün kibertəhlükələrə cavab olaraq bir sıra məhdudiyyətlərin tətbiqini nəzərdə tutan və ölkədəki seçkilərə müdaxiləyə görə Rusiyaya qarşı sanksiyaların yer aldığı fərmanın qüvvədə olma müddətini uzadıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

"Bu mövcud pisniyyətli kibernetika hərəkətləri Birləşmiş Ştatların milli təhlükəsizlik, xarici siyasət və iqtisadiyyatı üçün qeyri-adi və fövqəladə təhlükə törətməkdə davam edir", - prezidentin imzaladığı bildirişdə deyilir.

ABŞ-ın ünvanına kibertəhlükələra görə sanksiyaların tətbiqi haqqında fərmanı prezident Barak Obama 2015-ci ilin 1 aprelində imzalayıb. Sənədin ilk variantında Rusiyanın adı hallanmayıb.

Lakin 2016-cı ilin 28 dekabrında bu sənədin inkişafına daha bir fərman imzalanıb. Həmin əlavədə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının, eləcə də bu ölkənin bir sıra başqa təşkilatların və onların rəsmilərinin adları qeyd edilib. Amerika hakimiyyətinin fikrincə, ABŞ-a kiberhücumlara görə onlar məsuliyyət daşıyırlar. 

Son xəbərlər

Orphus sistemi