Yuxarı

Tramp itkin düşmüş jurnalistlə bağlı Türkiyəyə göndərilən sorğudan danışıb

Tramp itkin düşmüş jurnalistlə bağlı Türkiyəyə göndərilən sorğudan danışıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika tərəfi itkin düşmüş səudiyyəli jurnalist Camal Qaşıqçı ilə bağlı Türkiyəyə sorğu göndərib.

Bu barədə "Report" "Associated Press"ə istinadən xəbər verir.

"Tramp bildirib ki, ABŞ (audio və video təfərrüatlar varsa) Türkiyəyə itkin düşmüş jurnalistlə bağlı sorğu göndərib", - deyə xəbərdə qeyd edilir. Daha əvvəl bildirilib ki, Ağ Ev rəhbəri Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla itkin düşmüş Qaşıqçının işi ilə bağlı təhqiqatı müzakirə edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi