ABŞ prezidenti Donald Tramp bildirib ki, İran Birləşmiş Ştatlarla yeni saziş imzalamaq istəyir.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Nyu-Qempşirdə tərəfdarları qarşısında çıxışında bildirib.
"İran sazişə nazil olmaq istəyir", - deyə ABŞ-ın dövlət rəhbəri qeyd edib.
Onun sözlərinə görə, bu ABŞ-ın tətbiq etdiyi sanksiyalarla bağlıdır. Dövlət başçısı qeyd edib ki, sanksiyalar İran iqtisadiyyatına böyük zərər vurub.