Bakı. 11 fevral. REPORT.AZ/ Amerika lideri Donald Tramp öz "Twitter" səhifəsində KİV-də barəsində tənbəl olması ilə bağlı yazılanlara cavab verib.
“Report”un məlumatına görə, o, əvvəlki ABŞ prezidentləri ilə müqayisədə daha çox işlədiyini deyib.
Eyni zamanda, ABŞ prezidenti qeyd edib ki, ölkədə qayda-qanun yaratdığını, daha doğrusu silahlı qüvvələri gücləndirdiyini, KXDR ilə mümkün müharibənin qarşısını aldığını, yüksək vergi problemlərini aradan qaldırdığını və veteranların işinə əncam çəkdiyini bildirib.