Tramp əvvəlki ABŞ prezidentlərinə nisbətən daha çox işlədiyini bildirib

Tramp əvvəlki ABŞ prezidentlərinə nisbətən daha çox işlədiyini bildirib Bakı. 11 fevral. REPORT.AZ/ Amerika lideri Donald Tramp öz Twitter səhifəsində KİV-də barəsində tənbəl olması ilə bağlı yazılanlara cavab verib.
Digər ölkələr
11 Fevral , 2019 06:36
Tramp əvvəlki ABŞ prezidentlərinə nisbətən daha çox işlədiyini bildirib

Bakı. 11 fevral. REPORT.AZ/ Amerika lideri Donald Tramp öz "Twitter" səhifəsində KİV-də barəsində tənbəl olması ilə bağlı yazılanlara cavab verib.

“Report”un məlumatına görə, o, əvvəlki ABŞ prezidentləri ilə müqayisədə daha çox işlədiyini deyib.

Eyni zamanda, ABŞ prezidenti qeyd edib ki, ölkədə qayda-qanun yaratdığını, daha doğrusu silahlı qüvvələri gücləndirdiyini, KXDR ilə mümkün müharibənin qarşısını aldığını, yüksək vergi problemlərini aradan qaldırdığını və veteranların işinə əncam çəkdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi