ABŞ prezidenti Donald Tramp hesab edir ki, demokratlar yalan danışır və Amerika Birləşmiş Ştatlarına hücum edirlər.
"Report"un məlumatına görə, o, bu barədə özünün
ABŞ liderinin fikrincə, demokratların "dəhşətli yalan"ı Amerika Birləşmiş Ştatlarına və Respublikaçılar Partiyasına hücumdur.
Qeyd edək ki, Ağ Ev rəhbərinin sosial şəbəkədəki səhifəsində belə status Nümayəndələr Palatasında onun impiçmenti proseduru üzrə müzakirələrin başlanmasından az sonra paylaşılıb.
ABŞ-da qalmaqal anonim mənbənin Trampın guya Ukrayna lideri Vladimir Zelenskiyə Hanter Bayden barəsində araşdırma aparılması ilə bağlı təzyiq göstərməsi barədə xəbər verməsindən sonra yaranıb. Anonim mənbə iddia edib ki, ABŞ rəhbəri Ukrayna hakimiyyətinə bunun müqabilində maliyyə və hərbi yardım vəd verib.