Tramp demokratları yalan danışmaqda və ABŞ-a hücumda ittiham edib

Tramp demokratları yalan danışmaqda və ABŞ-a hücumda ittiham edib ABŞ prezidenti Donald Tramp hesab edir ki, demokratlar yalan danışır və Amerika Birləşmiş Ştatlarına hücum edirlər.
Digər ölkələr
19 Dekabr , 2019 01:43
Tramp demokratları yalan danışmaqda və ABŞ-a hücumda ittiham edib

ABŞ prezidenti Donald Tramp hesab edir ki, demokratlar yalan danışır və Amerika Birləşmiş Ştatlarına hücum edirlər.

"Report"un məlumatına görə, o, bu barədə özünün "Twitter"dəki hesabında yazıb.

ABŞ liderinin fikrincə, demokratların "dəhşətli yalan"ı Amerika Birləşmiş Ştatlarına və Respublikaçılar Partiyasına hücumdur.

Qeyd edək ki, Ağ Ev rəhbərinin sosial şəbəkədəki səhifəsində belə status Nümayəndələr Palatasında onun impiçmenti proseduru üzrə müzakirələrin başlanmasından az sonra paylaşılıb.

ABŞ-da qalmaqal anonim mənbənin Trampın guya Ukrayna lideri Vladimir Zelenskiyə Hanter Bayden barəsində araşdırma aparılması ilə bağlı təzyiq göstərməsi barədə xəbər verməsindən sonra yaranıb. Anonim mənbə iddia edib ki, ABŞ rəhbəri Ukrayna hakimiyyətinə bunun müqabilində maliyyə və hərbi yardım vəd verib. 

Son xəbərlər

Orphus sistemi