ABŞ Prezidenti Donald Tramp koronavirusun Uhandakı laboratoriyada yaradılmasına dair əllərində dəlillər olduğunu söyləyib.
“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, D.Tramp COVID-19-un süni mənşəli olmasına dair sübutların olub-olmaması dair suala “Bəli, var” deyə cavab verib. Lakin ABŞ lideri materialların məxfiliyini əsas gətirərək hansı dəlillərə sahib olduğunu söyləməyib.
Eyni zamanda daha əvvəl ABŞ-ın Milli Kəşfiyyat Direktorunun ofisindən yeni növ koronavirusun süni şəkildə yaradılmadığı və ya genetik modifikasiya edilmədiyi bildirilmişdi.