ABŞ prezidenti Donald Tramp növbəti dəfə Çinlə ticarət sazişindən bəhs edib.
"Report" xəbər verir ki, o, bu barədə özünün "Twitter" səhifəsində yazıb.
Ağ Ev rəhbəri bildirib ki, o, Çinlə ticarət razılaşması üzrə sonrakı danışıqlarda nikbindir.
"Mənim üçün sazişin keyfiyyəti onun bağlanması sürətindən daha çox daha əhəmiyyətlidir. Heç yerə tələsmirəm, amma məncə, perspektivlər əla görünür", - deyə Tramp yazıb.
Qeyd edək ki, ABŞ Prezidenti daha əvvəl də Çinlə ticarət sazişi əldə ediləcəyinə əminliyini bildirib. Onun sözlərinə görə, Çin hökuməti də ABŞ-la ticarət sazişi bağlamaq istəyir.