ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə ilk telefon söhbətinin stenoqramını yayacaq.
"Report" xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün
ABŞ lideri qeyd edib ki, bu həftə Ukrayna lideri Vladimir Zelenski ilə "birinci və ən əhəmiyyətli" aprel telefon söhbətinin stenoqramını dərc edəcək.
"Tarixdə ən şəffaf prezident kimi qalmaqda davam etmək üçün, mən bu həftə birinci stenoqramı, deməli, Ukrayna prezidenti ilə ən əhəmiyyətli telefon söhbətinin mətnini elan edəcəyəm", - deyə Tramp yazıb.
Qeyd edilir ki, söhbət aprel ayında baş tutmuş telefon danışığından gedir. Həmin vaxt ABŞ lideri Ukraynada keçirilmiş prezident seçkilərində qələbə münasibətilə Vladimir Zelenskini təbrik edib.