Tramp Avropanın miqrasiya siyasətini fəlakət adlandırıb

Tramp Avropanın miqrasiya siyasətini fəlakət adlandırıb Bakı. 18 iyul. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Avropanın miqrasiya siyasətini fəlakət adlandırıb.
Digər ölkələr
18 İyul , 2018 05:54
Tramp Avropanın miqrasiya siyasətini fəlakət adlandırıb

Bakı. 18 iyul. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Avropanın miqrasiya siyasətini fəlakət adlandırıb.

"Report" xəbər verir ki, bu barədə o, yerli telekanallardan birinə müsahibəsində bildirib.

"Avropanın miqrasiya siyasəti – bu fəlakətdir", - deyə Birləşmiş Ştatların rəhbəri qeyd edib. O, bildirib ki, bunu cinayətkarlığın göstəricisi də özündə əks etdirir.

"Mən onlara (Avropa İttifaqının nümayəndələrinə - red) dedim ki, Avropanın miqrasiya siyasəti fəlakətdir. Siz Avropanı dağıdırsınız, Avropa mədəniyyətini dağıdırsınız. O regionlarda ki, cinayətkarlıq artır, siz həmin yerlərlə bağlı nəsə etməlisiniz", - deyə ABŞ prezidenti bildirib.

Daha əvvəl Tramp özünün "Twitter"ində bildirib ki, Almaniya miqrantları qəbul etdikdən sonra bu ölkədə cinayətkarlıq 10 faiz artıb.  

Son xəbərlər

Orphus sistemi