Tramp "Apple" şirkətini Çindən getməyə çağırıb

Tramp "Apple" şirkətini Çindən getməyə çağırıb ABŞ prezidenti Donald Tramp Amerikanın Apple şirkətini Çin Xalq Respublikasında istehsalı dayandırmağa çağırıb.
Digər ölkələr
21 Avqust , 2019 05:37
Tramp Apple şirkətini Çindən getməyə çağırıb

ABŞ prezidenti Donald Tramp Amerikanın "Apple" şirkətini Çin Xalq Respublikasında istehsalı dayandırmağa çağırıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Ağ Ev rəhbəri Rumıniya prezidenti Klaus Yohannislə görüşdə deyib ki, onun köməyi olmadan böyük korporasiyaların problemləri ortaya çıxa bilərdi.

"Mən "Apple" kimi Amerika şirkətlərinə yardım göstərə bilərəm. Vaxt çox qısadır. Onlar hələ ki, nəyi etməlidirlər onu etməyəcəklər", - deyə Tramp bildirib.

O, qeyd edib ki, söhbət "Çindən getməkdən" gedir.

Son xəbərlər

Orphus sistemi