Tramp Amerika KİV-lərinin anonim mənbələrdən yalan məlumatlar yaymasından məyus olub

Tramp Amerika KİV-lərinin anonim mənbələrdən yalan məlumatlar yaymasından məyus olub "Mən düşünürəm ki, bu, problemdir" – deyə Ağ Evin nümayəndəsi bildirib
Digər ölkələr
30 May , 2017 23:16
Tramp Amerika KİV-lərinin anonim mənbələrdən yalan məlumatlar yaymasından məyus olub
Courtesy İmage

Bakı. 30 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Amerika KİV-lərinin anonim mənbələrdən daxil olan yalan məlumatlar yaymasından ciddi məyus olub.

"Report"un məlumatına görə, bu barədə Ağ Evin nümayəndəsi Şon Spayser jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Spayser deyib ki, Tramp yalan mənbələrə əsaslanan, dönə-dönə yayılan qeyri-düzgün informasiyalardan üzgündür.

"Prezidenti məyus edən səbəb yalan mənbələrə əsaslanan qeyri-düzgün informasiyaların dönə-dönə yayılmasıdır. Və mən düşünürəm ki, bu, problemdir" – deyə Ağ Evin nümayəndəsi bildirib. 

Son xəbərlər

Orphus sistemi