Yuxarı

Tramp Ağ Evin yaxınlığındakı hadisədən sonra Məxfi Xidmətə təşəkkür edib

Bakı. 24 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Ağ Evin qarşısında baş vermiş hadisədən sonra Məxfi Xidmətə təşəkkür edib.

"Report" xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Twitter"də yazıb.

"Məxfi Xidmətin yaxşı kişiləri və qadınları əla işlərinə görə sağ olsunlar", - deyə Tramp özünün "Twitter" səhifəsində yazıb.

Qeyd edək ki, ötən gün qadın sürücü idarə etdiyi avtomobillə Ağ Evin ərazisinə daxil olmaq istəyib. O, saxlanılıb.

Saxlanılan şəxs kiməsə zərər vurmaq niyyətində olmayıb. Daha əvvəl bildirilib ki, o, psixi xəstəlikdən əziyyət çəkir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi