Tramp ABŞ şirkətləri üçün vergini azaltmaq niyyətindədir

Tramp ABŞ şirkətləri üçün vergini azaltmaq niyyətindədir D.Tramp: "Bütün biznes və orta təbəqə üçün vergi azaldılacaq"
Digər ölkələr
20 Mart , 2017 11:26
Tramp ABŞ şirkətləri üçün vergini azaltmaq niyyətindədir
Courtesy İmage

Bakı. 20 mart. REPORT.AZ/ ABŞ-da şirkətlərin mənfəət vergisinın azaldılması planlaşdırılır. "Report"un məlumatına görə, bunu ABŞ Prezident Donald Tramp "Fox News"a müsahibəsində bildirib.

"Biz vergiləri azaldacağıq. Eyni zamanda, bütün biznes və orta təbəqə üçün vergi də azaldılacaq", - deyə Tramp qeyd edib. 

Prezident, həmçinin şirkətlər üçün mənfəət vergisinin 15-20%-dək azaldılmasının planlaşdırıldığını bəyan edib. D.Tramp qeyd edib ki, bu, prezident Ronald Reyqanın dövründən sonra ən böyük azalma olacaq.

Son xəbərlər

Orphus sistemi