Tramp ABŞ məktəblərində zorakılıq problemini həll edəcəyinə söz verib

Tramp ABŞ məktəblərində zorakılıq problemini həll edəcəyinə söz verib Bakı. 21 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp ABŞ məktəblərinə hücuma qarşı mübarizə, xüsusən Floridadakı təhsil müəssisəsində 17 nəfərin ölümü ilə nəticələnən problemi həll edəcəyinə söz verib.
Digər ölkələr
21 Fevral , 2018 03:58
Tramp ABŞ məktəblərində zorakılıq problemini həll edəcəyinə söz verib
Foto: "AFP"

Bakı. 21 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp ABŞ məktəblərinə hücuma qarşı mübarizə, xüsusən Floridadakı təhsil müəssisəsində 17 nəfərin ölümü ilə nəticələnən problemi həll edəcəyinə söz verib.

"Report" xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

"Bu yaxınlarda Floridada dəhşətli faciə baş verib. Biz bu problemin həlli yolunu tapacağıq", - deyə Tramp ABŞ polislərinin mükafatlandırılması mərasimində bildirib. Lakin Tramp bu məsələni hansı yolla həll etmək niyyətində olduğunu deməyib. 

Ötən həftənin çərşənbə günü Mayamidən 60 kilometr şimalda yerləşən Parklend şəhərindəki məktəbdə baş vermiş atışmada 17 nəfər həlak olub. Hadisədən dərhal sonra polis məktəbin keçmiş şagirdi, 1999-cu il təvəllüdlü Nikolas Kruzu həbs edib.

Kruzun vəkili bildirib ki, prokurorluq müttəhimin cəzası üçün edam hökmünü tələb etməyəcəyi təqdirdə müdafiə etdiyi şəxs təqsirini etiraf etmək niyyətindədir. 

Son xəbərlər

Orphus sistemi