Yuxarı
    Bağlamaq

    Tramp 2020-ci ildə yenidən prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir

    O, 2016-cı ilin noyabrda Hillari Klintonu məğlub edərək prezident seçilib
    © Uain.press

    Bakı. 9 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp 2020-ci ildə keçiriləcək dövlət başçısı seçkilərində yenidən namizədliyini irəli sürmək niyyətindədir.

    “Report” TASS-a istinadən xəbər verir ki, bunu bazar ertəsi jurnalistlərə Ağ evin mətbuat katibinin müavini Hoqan Gidli deyib.

    "Şübhəsiz ki, o, [Tramp] növbəti seçkilərdə yenidən prezidentliyə görə mübarizə aparacaq", - Gidli deyib.

    Onun bəyanatının stenoqrammını Ağ ev yayıb.

    Tramp 2016-cı ilin noyabr ayında keçirilən prezident seçkilərində demokrat namizəd Hillari Klinton üzərində qələbə qazanaraq dövlət başçısı olub. O, vəzifəsinin icrasına 20 yanvar 2017-ci ildə başlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi