Torontoda uşaq meydançasında atışma zamanı iki azyaşlı yaralanıb

Torontoda uşaq meydançasında atışma zamanı iki azyaşlı yaralanıb Yaralılar 5 və 9 yaşlarında olan iki bacıdır
Digər ölkələr
15 İyun , 2018 06:31
Torontoda uşaq meydançasında atışma zamanı iki azyaşlı yaralanıb

Bakı. 15 iyun. REPORT.AZ/ Kanadanın Toronto şəhərində uşaq meydaçalarından birində atışma zamanı iki azyaşlı güllə yarası alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı CTV telekanalı məlumat yayıb.

Polsin məlumatına görə, yaralılar 5 və 9 yaşlarında olan iki bacıdır. Kiçik bacı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, lakin hazırda qızların həyatı üçün təhlükə yoxdur.

Şahidlərin sözlərinə görə, parkın yanında yerləşən uşaq meydançasının əks tərəfində bir maşın dayanıb. Maşındakı kişi parkda olan başqa birinə tapançadan atəş açıb. Həmin vaxt meydançada 11 uşaq olub.

Hazırda polis avtomobilin atəş açan sürücüsünü axtarır.

Son xəbərlər

Orphus sistemi