Avropa Şurasının baş katibi Fransada jurnalistlərə qarşı hücumları pisləyib

Avropa Şurasının baş katibi Fransada jurnalistlərə qarşı hücumları pisləyib Paris. 15 yanvar. REPORT.AZ/ Avropa Şurası (AŞ) Fransada jurnalistlərə qarşı edilən hücumları pisləyib.
Digər ölkələr
15 Yanvar , 2019 00:46
Avropa Şurasının baş katibi  Fransada jurnalistlərə qarşı hücumları pisləyib

Paris. 15 yanvar. REPORT.AZ/ Avropa Şurası (AŞ) Fransada jurnalistlərə qarşı edilən hücumları pisləyib.

"Report"un Qərbi Avropa bürosu bildirir ki, Avropa Şurasının baş katibi Törbyorn Yaqland Fransada “sarı jiletlilər"in aksiyaları zamanı son həftələr jurnalislərin iş şəraitinin pisləşməkdə davam etdiyini bildirib.

O, peşə vəzifələrini yerinə yetirən mətbuat nümayəndələrinə qarşı təhdidləri və hücumları qəti surətdə pisləyib.

"Öz peşəsini yerinə yetirən jurnalistlərə hücum etmək demokratiyaya hücum etmək deməkdir. Azad şəkildə sözünü demək, aksiya keçirmək hüququna malik olmaq bu cür zorakılıq və nifrətin aşıb-daşması üçün bəhanə ola bilməz", - deyə o bildirib.

Daha əvvəl Avropa Şurasının baş katibi vəzifəsinə namizədliyin irəli sürülməsinin müddəti başa çatıb. 

Son xəbərlər

Orphus sistemi