Yuxarı

Venesuelada hərbçilərlə nümayişçilər arasında toqquşma olub, ölənlər və yaralananlar var - FOTO

Bakı. 24 fevral. REPORT.AZ/ Venesuelanın Braziliya ilə sərhədində humanitar köməyi ölkəyə buraxmağı tələb edən nümayişçilərlə Venesuelanın Milli Qvardiyasının əməkdaşları arasında toqquşmalar nəticəsində iki nəfər ölüb, daha on səkkiz nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Venesuela Milli Məclisinin deputatı Larissa Qonzales bildirib. 

O, qeyd edib ki, Braziliya ilə sərhəd yaxınlığında yerləşdirilmiş asayiş keşikçiləri Santa-Elena-de-Uayren şəhərində odlu silahdan atəş açıblar.

Daha əvvəl xəbər verilib ki, Braziliyadan humanitar kömək dolu birinci yük maşını Venesuelaya gəlib. Ancaq tezliklə Braziliyanın "Globo" telekanalı bildirib ki, yük maşınları Venesuela ərazisinə keçə bilməyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi