Terrorçuların atəşi nəticəsində Türkiyənin 18 dinc sakini həlak olub

Terrorçuların atəşi nəticəsində Türkiyənin 18 dinc sakini həlak olub Son beş gündə Suriya ərazisindən terrorçular tərəfindən atılan raket və minaatanlar nəticəsində Türkiyə ilə sərhəd kəndlərin 18 dinc sakini həlak olub, yüzdən çox insan yaralanıb.
Digər ölkələr
13 Oktyabr , 2019 16:24
Terrorçuların atəşi nəticəsində Türkiyənin 18 dinc sakini həlak olub

Son beş gündə Suriya ərazisindən terrorçular tərəfindən atılan raket və minaatanlar nəticəsində Türkiyə ilə sərhəd kəndlərin 18 dinc sakini həlak olub, yüzdən çox insan yaralanıb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, PKK-nın Suriya qolu olan YPG terrorçuları Mardin vilayətinin Nusaybin şəhərinə, həmçinin Şanlıurfa əyalətindəki Akçakale, Ceylanpınar, Surux və Birejki yaşayış məntəqələrinə qumbaraatanlardan atəşə tutublar.

Son 5 gündə Nusaybində 11, Surucda 3, Akçakal və Ceylanpınarda 2 mülki şəxs həyatını itirib.

Ölənlər arasında - doqquz aylıq Məhəmməd, eləcə də 11-15 yaş arası uşaq və yeniyetmələr var.

Son xəbərlər

Orphus sistemi