Yuxarı

​Terrorçular Suriyanın İdlib şəhərini ələ keçiriblər

​Terrorçular Suriyanın İdlib şəhərini ələ keçiriblər
Şəhərə ilk dəfə olaraq müxtəlif terror təşkilatlarının qrupları daxil olub

Bakı. 28 mart. REPORT.AZ/ Suriyanın şimal-qərbində yerləşən İdlib şəhəri və eyni adlı regionun inzibati mərkəzi terrorçular tərəfindən ələ keçirilib.

"Report" xəbər verir ki, bu barədə Suriyada İnsan Haqları üzrə Müşahidə Şurası və hərbçilərə istinadən "Reuters" məlumat yayıb.

Mənbələrin məlumatına görə, şəhərə bütün dövrlərdə ilk dəfə olaraq müxtəlif terror təşkilatlarının qruplaşmaları, eləcə də, "Nüsra cəbhəsi" daxil olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi