Yuxarı

Terrorçu PKK-nın Suriyadakı qolunun həmsədrləri dəyişib

Terrorçu PKK-nın Suriyadakı qolunun həmsədrləri dəyişib
Tədbir sentyabrın 28-də başa çatacaq

Bakı. 28 sentyabr. REPORT.AZ/ Terrorçu PKK-nın Suriyadakı qollarından biri olan PYD-nin (“Demokratik Birlik Partiyası”) həmsədrləri dəyişib.

“Report” “Cumhuriyet”ə istinadən xəbər verir ki, sentyabrın 28-də PYD-nin 7-ci qurultayı keçirilib.

Təşkilatın həmsədrləri Salih Müslim və Asya Abdulahı Şahoz Hasan və Hevi Mustafa əvəz edəcək.

Yığıncaq Suriyanın şimalında, Gırke Lege rayonunun Rımelan qəsəbəsində “Azad Rojovadan (PYD və onun tərəfdarları Suriyanın şimalını belə adlandırır – “Report”) Federal Demokratik Suriyaya doğru” şüarı altında keçirilir. 

Tədbir sentyabrın 28-də başa çatacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi