Yeni Zelandiyada terror hücumunun şahidi məsciddən necə xilas olduğu barədə danışıb

Yeni Zelandiyada terror hücumunun şahidi məsciddən necə xilas olduğu barədə danışıb Yeni Zelandiyanın Kraystçerç şəhərində məscidlərə silahlı hücumun şahidi olan Ramzan Əli hadisə zamanı məsciddən necə xilas olması barədə danışıb.
Digər ölkələr
15 Mart , 2019 18:12
Yeni Zelandiyada terror hücumunun şahidi məsciddən necə xilas olduğu barədə danışıb
Getty

Yeni Zelandiyanın Kraystçerç şəhərində məscidlərə silahlı hücumun şahidi olan Ramzan Əli hadisə zamanı məsciddən necə xilas olması barədə danışıb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"İnsanların qapılara doğru qaçdığını gördüm.... O (terrorçu - red.) əsas girişdən içəri girmişdi, yan tərəflərdə isə daha iki qapı var idi", - R.Əli deyib.

Onun sözlərinə görə, hücum zamanı o, hər cümə günü ziyarət etdiyi Dins-avenyudakı məsciddə olub. Şahid hücum zamanı məsciddə, təxminən, 300 nəfərin olduğunu söyləyib. O, məscidin pəncərəsindən çıxaraq terrorçunun hədəfindən yayınıb və qaçıb.

Şahidin sözlərinə görə, hücum edən şəxs silahının darağını dəyişmək üçün atəşə ara verib. Məsciddə olanlardan biri R.Əliyə jestlə qaçmaq işarəsi etsə də, dərhal öldürülüb. Silahlı təcavüzkar Əlinin əmisi oğlunu və iki dostunu da yaralayıb və o, zərərçəkmişlərin taleyi haqqında hələ də heç nə bilmir.

"Məsciddən sağ çıxan son adam mən oldum. Ətrafa baxanda hər yanda ölmüş insanlar görürdüm", - o deyib.

Qeyd edək ki, Yeni Zelandiyada məscidlərdə atəş açılması nəticəsində 49 nəfər ölüb, 48 nəfər yaralanıb. Yaralıların 20-dən çoxu ağır vəziyyətdədir. Hücumla əlaqəli olmaqda şübhəli bilinən 4nəfər, o cümlədən Avstraliya vətəndaşı saxlanılıb. İnsidentdən əvvəl terrorçu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Angela Merkeli ölümlə hədələyən bəyanatlar yayıb. 

Son xəbərlər

Orphus sistemi