Yuxarı

Yeni Zelandiyada terror aktında yaralananlardan beşinin vəziyyəti ağırdır

Terror aktında yaralananlardan beşinin vəziyyəti ağırdır
© AP

Yeni Zelandiyanın Kraystçörç şəhərindəki iki məsciddə törədilmiş terror aktı nəticəsində yaralananlardan 27 nəfəri hələ də şəhər xəstəxanasında müalicə olunur. Onlardan beş nəfəri reanimasiyadadır və vəziyyətləri ağır olaraq qalır.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kənterböri Dairə Səhiyyə İdarəsinin rəhbəri David Mits məlumat verib. 

O, son 24 saat ərzində iki nəfərin xəstəxanadan buraxıldığını diqqətə çatdırıb.

Digər tərəfdən, “Twitter”də Baş nazir Casinda Ardernə qarşı təhdid xarakterli yazılarla bağlı polis tərəfindən araşdırmalar aparılır. Belə ki, Baş nazirə silah şəkli və altında “Növbədə sənsən” yazısı olan post göndərilsə də, göndərən akaunt 48 saat sonra bağlanılıb. Həmçinin eyni şəkil və oxşar yazı olduğu başqa bir postda da hədəf kimi Yeni Zelandiyanın Baş naziri və polisi göstərilib.

Xatırladaq ki, martın 15-də Yeni Zelandiyanın Kraystçörç şəhərindəki iki məscidin atəşə tutulması nəticəsində 50 nəfər ölmüş, 42 nəfər də yaralanmışdı. Hadisəni törədən Avstraliya vətəndaşı, 20 yaşlı Brenton Tarrant barəsində həbs qəti imkan tədbirinin müddəti aprelin 5-dək uzadılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi