Yuxarı

Təl-Əvivdə naməlum şəxs saxlanılıb

Təl-Əvivdə naməlum şəxs saxlanılıb
Hazırda araşdırma aparılır

Bakı. 22 dekabr. REPORT.AZ/ İsraildə naməlum şəxs saxlanılıb.

"Report" "MIG News"-a istinadən xəbər verir ki, hadisə Təl-Əvivdə olub.

Belə ki, İsrail polisinin yaydığı məlumata görə, o, avtobusda saxlanılıb. Şübhəli şəxs dindirilib və polis araşdırmaya başlayıb.

Hüquq-mühafizə orqanları həmin şəxsin potensial terror aktı ilə bağlı şübhəli olmadığını bildirib.

Hadisə ilə bağlı ətraflı məlumat verilmir, hazırda araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi