Yuxarı

Təl-Əvivdə avtomobil partladılıb, ölənlər və yaralanan var - VİDEO

Təl-Əvivdə avtomobil partladılıb, ölənlər və yaralanan var - VİDEO

Bakı. 5 noyabr. REPORT.AZ/ Təl-Əvivdə avtomobil partladılıb.

"Report" "The Jerusalem Post" a istinadən xəbər verir ki, hadisə Hatikva yaşayış kvartalında baş verib.

Partlayış zamanı 2 nəfər həlak olub, daha 1 nəfər yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, avtomobil partlayışdan sonra yanıb.

Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb edilib. Hadisənin başvermə şəraiti müəyyənləşdirilir. Hüquq-mühafizə orqanları partlayışın planlaşdırıldığını güman edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi