Yuxarı

Təl-Əvivdə avtomobil piyadaları vurub

Təl-Əvivdə avtomobil piyadaları vurub
Hadisə ABŞ prezidenti Donald Trampın İsrailə gözlənilən səfərindən bir saat qabaq baş verib
© newsru.co.il

Bakı. 22 may. REPORT.AZ/ Təl-Əvivdə avtomobilin piyadaların üzərinə getməsi nəticəsində azı beş nəfər xəsarət alıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumat verən yerli telekanallar terror aktının olmasını istisna etmirlər.

Onların məlumatına görə, sürücünün avtomobili piyadaların üzərinə sürdüyü insident paytaxtın Yaffo küçəsində baş verib.

Hadisə ABŞ prezidenti Donald Trampın İsrailə gözlənilən səfərindən bir saat qabaq baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi