TBMM sədri İsmayıl Qəhrəman xəstəxanaya yerləşdirilib

TBMM sədri İsmayıl Qəhrəman xəstəxanaya yerləşdirilib O, müayinə və müalicə üçün Güvən Xəstəxanasına gedib
Digər ölkələr
29 Dekabr , 2016 22:30
TBMM sədri İsmayıl Qəhrəman xəstəxanaya yerləşdirilib

Bakı. 29 dekabr. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəmanın səhhətində problem yaranıb.

"Report"un məlumatına görə, bu barədə "Habertürk" xəbər verib.

Məlumata görə, TBMM sədri müxtəlif müayinələr məqsədilə Güvən Xəstəxanasına gedib. Onun həmçinin burada müalicə olunacağı bildirilir. İsmayıl Qəhrəman infeksiyaya yoluxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

Türkiyə mətbuatının məlumatında həmçinin vurğulanır ki, İsmayıl Qəhrəman əvvəllər də bu xəstəxanada müalicə olunub.

Son xəbərlər

Orphus sistemi