Tayvanda kimya zavodundakı partlayış nəticəsində 10 mindən çox insan təxliyyə edilib - FOTO

Tayvanda kimya zavodundakı partlayış nəticəsində 10 mindən çox insan təxliyyə edilib - FOTO Partlayış dalğasını zavoddan bir neçə kilometr məsafədə olan insanlar da hiss ediblər
Digər ölkələr
8 Aprel , 2019 13:19
Tayvanda kimya zavodundakı partlayış nəticəsində 10 mindən çox insan təxliyyə edilib - FOTO

Tayvan hökuməti adanın qərbindəki Maylyao şəhərinin Yunlin mahalında yerləşən sənaye zonası yaxınlığında olan kimya zavodunda baş verən partlayışdan sonra 10 mindən çox sakini təxliyyə edib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Hadisə aromatizatorların istehsalı ilə məşğul olan "Formosa Chemical and Fiber" şirkətinə məxsus fabrikin ərazisində baş verib.

Partlayış dalğasını zavoddan bir neçə kilometr məsafədə olan insanlar da hiss ediblər. Ölən və yaralananlar barədə məlumat verilmir. İlkin məlumatlara görə, partlayışa qaz sızıntısı səbəb olub.

"Formosa Chemical and Fiber" ətraf mühiti çirkləndirdiyinə görə 160 min ABŞ dollarından çox məbləğdə cərimələnib. Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi