Taylandda hərbi təyyarə qəzaya uğrayıb, pilot ölüb

Taylandda hərbi təyyarə qəzaya uğrayıb, pilot ölüb Tayland Hərbi Hava Qüvvələrinə məxsus L-39 təlim-məşq təyyarəsi ölkənin şimalındakı Çianqmay vilayətində qəzaya uğrayıb, pilotlardan biri ölüb, digəri yaralanıb.
Digər ölkələr
11 İyul , 2019 15:55
Taylandda hərbi təyyarə qəzaya uğrayıb, pilot ölüb

Tayland Hərbi Hava Qüvvələrinə məxsus "L-39" təlim-məşq təyyarəsi ölkənin şimalındakı Çianqmay vilayətində qəzaya uğrayıb, pilotlardan biri ölüb, digəri yaralanıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb. Vilayətin yüksək dağlıq ərazisində uçuş həyata keçirilən zaman təyyarənin mühərriki dayanıb.

Qeyd olunur ki, təyyarədə təlimatçı pilot və kursant olub. Mühərrik dayanan zaman təyyarə aşağı hündürlükdə uçuş etdiyindən hər iki pilot katapultla kabinədən çıxa bilib. Sadəcə, onlardan biri paraşütlə yerə düşərkən ağaca dəyib və ölüb, digər pilot isə enişdə ağır yaralanıb, amma sağ qalıb.

Son xəbərlər

Orphus sistemi