Tanzaniyada gəmi qəzası nəticəsində 44 nəfər ölüb

Tanzaniyada gəmi qəzası nəticəsində 44 nəfər ölüb Bakı. 21 sentyabr. REPORT.AZ/ Tanzaniyada sərnişin bərəsinin qəzaya uğraması nəticəsində azı 44 nəfər həyatını itirib.
Digər ölkələr
21 Sentyabr , 2018 03:58
Tanzaniyada gəmi qəzası nəticəsində 44 nəfər ölüb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Tanzaniyada sərnişin bərəsinin qəzaya uğraması nəticəsində azı 44 nəfər həyatını itirib.

“Report” xəbər verir ki, bu barədə yerli hökumətə istinadən "Capital Television" telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə cümə axşamı Viktoriya gölündə baş verib. Mvanza şəhərinin bölgə komissarı Con Monqella bildirib ki, hazırda havanın qaralması ilə əlaqədar olaraq xilasetmə işləri dayandırılıb və səhər yenidən bərpa olunacaq.

"O bildirib ki, 44 cəsəd aşkar olunub və 37 nəfər xilas edilib", - deyə telekanalın "Twitter" mikrobloqunda qeyd edilib.

Məlumata görə, bərənin göyərtəsində olan insanların dəqiq sayı bilinməsə də, gəminin təqribən 100 sərnişin, 25 ton yük və üç kiçik nəqliyyat vasitəsi daşıdığı güman olunur.

KİV yazır ki, Tanzaniya hökuməti suda batanların 200 nəfərdən çox olacağını ehtimal edir.

Son xəbərlər

Orphus sistemi