Tanzaniyada ağır yol qəzası olub: 20 ölü, 45 yaralı

Tanzaniyada ağır yol qəzası olub: 20 ölü, 45 yaralı Bakı. 2 iyul. REPORT.AZ/ Tanzaniyada onlarla insanın ölümü və xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub.
Digər ölkələr
2 İyul , 2018 03:53
Tanzaniyada ağır yol qəzası olub: 20 ölü, 45 yaralı

Bakı. 2 iyul. REPORT.AZ/ Tanzaniyada onlarla insanın ölümü və xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub.

"Report" xəbər verir ki, bu barədə yerli "Daily News" məlumat yayıb.

Mbeya şəhərinin regional polisinə istinadən yayılan məlumata görə, yüksək sürətlə hərəkət edən yük avtomobili əvvəlcə arxadan mikroavtobuslardan birinə çırpılıb, sonra daha iki mikroavtobusu vurub. Nəticədə mikroavtobuslar aşıb. Yük avtomobili də idarəetməni itirib və kanala düşüb.

Qəza zamanı azı 20 nəfər həlak olub, daha 45 nəfər yaralanıb. Regional polisin rəisi Musa Taib bildirib ki, yolun qəzanın baş verdiyi hissəsi ensiz və nahamardır. Onun sözlərinə görə, qəzanı törədən yük avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. 

Son xəbərlər

Orphus sistemi