Tayvanda yanğın zamanı 7 nəfər ölüb

Tayvanda yanğın zamanı 7 nəfər ölüb Tayvanın cənubunda yerləşən Tainan şəhərində səhər saatlarında yaşayış binalarının birində baş verən yanğın nəticəsində 7 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
Digər ölkələr
14 Dekabr , 2019 14:04
Tayvanda yanğın zamanı 7 nəfər ölüb

Tayvanın cənubunda yerləşən Tainan şəhərində səhər saatlarında yaşayış binalarının birində baş verən yanğın nəticəsində 7 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

“Report” “Xinhua”ya istinadən xəbər verir ki, binadakı 46 sakinin 37-si təhlükəsiz şəkildə xilas olub, 2 nəfər pəncərədən atılarkən yüngül xəsarət alıb. Bir nəfər xəstəxanaya çatdırılarkən dünyasını dəyişib, daha 6 nəfər yanğın xidməti əməkdaşları tərəfindən içəridə ölü vəziyyətdə tapılıb.

Polisin bildirdiyinə görə, 21 yaşlı gənc könüllü təslim olaraq iki ədəd 5 litrlik qasolin qabı vasitəsilə yanğın törətdiyini etiraf edib. Əvvəllər ruhi xəstəlikdən müalicə aldığı iddia olunan həmin gənc saxlanılaraq istintaqa cəlb edilib.

Son xəbərlər

Orphus sistemi