Bakı. 1 May. REPORT.AZ/ Ötən gün Tailandın paytaxtı Banqkokda yerləşən əyləncə parklarından birindəki şeytan çarxında yanğın baş verib.
“Report” xəbər verir ki, hadisə nəticəsində zərər çəkən olmayıb.
Yanğın çarxın kabinələrindən birində heç kim olmayan zaman baş verib.
Yanğın söndürülüb və onun səbəbləri araşdırılır.