Yuxarı

Suriyanın Latakiya əyaləti atəşə tutulub, 18 hərbçi ölüb

Suriyanın Latakiya əyaləti atəşə tutulub, 18 hərbçi ölüb

Bakı. 18 noyabr. REPORT.AZ/ Suriyanın Latakiya əyalətinin Safsara yaşayış məntəqəsinin silahlılar tərəfindən atəşə tutulması nəticəsində 18 hərbçi həlak olub, daha biri yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Suriyada Düşmən Tərəflərin Barışdırılması Mərkəzinin rəhbəri Vladimir Savçenko jurnalistlərə deyib.

"Sutka ərzində yaraqlılar Hələb və Hama şəhərlərinin qəsəbələrini, Hələb əyalətinin Təll-Aluş yaşayış məntəqəsini və Latakiya əyalətinin Safsara yaşayış məntəqəsini atəşə tutublar. Təll-Aluş yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində Suriya ordusunun bir hərbçisi yaralanıb. Safsara yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində 18 hərbçi ölüb, biri yaralanıb", - deyə Savçenko bildirib.

Bundan əvvəl ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin Suriyanın Deyr-əz-Zor vilayətinin iki kəndinə endirdiyi hava zərbələri nəticəsində 23 nəfər həyatını itirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi