Suriyanın Həma əyaləti atəşə tutulub, ölən və yaralananlar var

Suriyanın Həma əyaləti atəşə tutulub, ölən və yaralananlar var Bakı. 6 mart. REPORT.AZ/ Suriyanın Həma əyalətinin şimal hissəsinin yaraqlılar tərəfindən minaatanlardan atəşə tutulması nəticəsində bir qız uşağı ölüb, daha altı nəfər yaralanıb.
Digər ölkələr
6 mart 2019 18:51
Suriyanın Həma əyaləti atəşə tutulub, ölən və yaralananlar var

Bakı. 6 mart. REPORT.AZ/ Suriyanın Həma əyalətinin şimal hissəsinin yaraqlılar tərəfindən minaatanlardan atəşə tutulması nəticəsində bir qız uşağı ölüb, daha altı nəfər yaralanıb.

"Report" SANA-ya istinadən xəbər verir ki, atəş nəticəsində həmçinin yaşayış evlərinə ziyan dəyib.

Hazırda yaralıların səhhəti barədə məlumat yoxdur.

Daha əvvəl koalisiyanın Suriyaya endirdiyi aviazərbələr nəticəsində dinc sakinlər həyatlarını itiriblər.

Orphus sistemi