Suriyanın Əl-Bab şəhəri yaxınlığında partlayış törədilib, xeyli sayda ölən və yaralanan var

Suriyanın Əl-Bab şəhəri yaxınlığında partlayış törədilib, xeyli sayda ölən və yaralanan var Ölən mülki şəxslər atışmalara görə tərk etdikləri evlərinə qayıdanlardır
Digər ölkələr
24 Fevral , 2017 12:27
Suriyanın Əl-Bab şəhəri yaxınlığında partlayış törədilib, xeyli sayda ölən və yaralanan var

Bakı. 24 fevral. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri və Suriya Azadlıq Ordusunun terrorçulardan təmizlədiyi Əl-Bab rayonundan 7 km aralıda yerləşən Susian qəsəbəsində partlayış törədilib. 

“Report” “Aljazeera”ya istinadən xəbər verir ki, bomba yüklənmiş avtomobillə intiharçı-kamikadzenin hücumu nəticəsində 45-ə yaxın insan ölüb, xeyli sayda adam yaralanıb.  

Ölənlərin çoxu mülki sakinlərdir. Onlar əsasən atışmalara görə tərk etdikləri evlərinə qayıdanlardır. 

Məlumata görə, hücumun məsuliyyətini üzərinə götürən olmasa da, partlayışı törətməkdə terrorçu İŞİD qruplaşmasından şübhələnilir. 

Son xəbərlər

Orphus sistemi