Suriyada iki partlayış törədilib, 4 mülki şəxs ölüb, 20-si yaralanıb

Suriyada iki partlayış törədilib, 4 mülki şəxs ölüb, 20-si yaralanıb Bakı. 31 may. REPORT.AZ/ Suriyanın şimalında müxalif qüvvələrin nəzarəti altında olan İdlib və Cerablusda iki partlayış baş verib.
Digər ölkələr
31 May , 2018 17:51
Suriyada iki partlayış törədilib, 4 mülki şəxs ölüb, 20-si yaralanıb
0 : 00
0 : 00

Bakı. 31 may. REPORT.AZ/ Suriyanın şimalında müxalif qüvvələrin nəzarəti altında olan İdlib və Cerablusda iki partlayış baş verib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, nəticədə 4 mülki şəxs ölüb, 20 nəfər yaralanıb.

Suriyanın Türkiyə ilə sərhədində yerləşən Cerablus rayonunda partlayıcı quraşdırılmış motoskletin partladılması nəticəsində 1 mülki vətəndaş ölüb, 16 dinc sakin yaralanıb.

Suriyanın şimal-qərbində yerləşən İdlibin Eriha rayonunda bir avtomobilin partladılması nəticəsində isə 3 mülki şəxs ölüb, 4-ü isə xəsarət alıb. 

Son xəbərlər

Orphus sistemi